Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq regionun inkişafında böyük rol oynayacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın gənc diplomatları ilə görüşdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun rektoru Anatoli Torkunov bəyan edib.
O qeyd edib ki, Azərbaycan Rusiyanın xarici siyasətində aparıcı yerlərdən birini tutur. Diplomatların suallarını cavablandıran rektor Rusiyanın postsovet respublikalarındakı münaqişələrlə bağlı mövqeyini şərh edib. O qeyd edib ki, Moskva iki əsas prinsip - ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ nəzərə alınmaqla, bu respublikaların ərazilərində bütün münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.
A.Torkunov Rusiyanın keçmiş ittifaq respublikalarının NATO-ya yaxınlaşması ilə bağlı mövqeyini də şərh edib. Onun sözlərinə görə, bu prosesdə bütün respublikaların maraqlarındakı eynilik şübhə doğurmur. Ancaq onun fikrincə, bu prosesdə həmin dövlətlərin müstəqilliyi üçün bir qədər təhlükə müşahidə olunur.