...

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən şikayətlərini Avropa Məhkəməsinə qədər çatdıracaq

Siyasət Materials 16 Noyabr 2006 14:05 (UTC +04:00)

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verib. Bu barədə Trend ə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

O bildirib ki, Müsavat Partiyası üzvlərinin sərbəst toplaşmaq hüququnu məhdudlaşdırdığına görə Bakı Şəhər İcra Hakimiyyətindən ötən həftə Səbail rayon məhkəməsinə şikayət ərizəsi təqdim olunub. Şikayətdə Bakı Şəhər İcra Hakimiyyətinin Konstitusiyanı və vətəndaşların hüquqlarını pozduğu iddia olunur.

Məsələ ilə bağlı partiyanın hüquqşünası Osman Kazımov bildirib ki, məhkəmə müvafiq rüsum ödənmədiyini əsas gətirərək şikayəti geri qaytarıb. Lakin hələ də cavab məktubu partiyaya daxil olmayıb. Osman Kazımov deyib ki, Müsavat Partiyası artıq ikinci şikayət ərizəsi hazırlayır və bu günlərdə məhkəməyə təqdim edəcək.

"Partiyanın sentyabrın 26-na təyin etdiyi yürüş-mitinqə icazə verilmədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət təqdim etdik, amma 10 gün keçməsinə baxmayaraq, məktubları bizə çatmayıb. İkinci dəfə oktyabrın 27-nə təyin olunan aksiyaya da razılıq verilmədiyinə görə növbəti şikayət hazırlanır. Bu şikayətlə bağlı Səbail rayon məhkəməsi ilə bərabər həm də Konstitusiya Məhkəməsinə şikayət verəcyik. Biz ölkə daxilində bütün məhkəmə instansiyalarını keçəcəyik, sonda Avropa Məhkəməsinə qədər gedəcəyik. Çünki məqsədimiz hüquqlarımızın pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verməkdir"-deyə partiyanın vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti