...

Rusiyanın hökümət başçısı Azərbaycanda Rusiya İlinin bağlanma mərasimində iştirak edəcək

Siyasət Materials 16 Noyabr 2006 16:00 (UTC +04:00)
Rusiyanın hökümət başçısı Azərbaycanda Rusiya İlinin bağlanma mərasimində iştirak edəcək

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiyanın hökümət başçısı Mixail Fradkovun dekabrın 4-5-də Azərbaycana səfərini hazırlayır. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Trend ə eksklüziv olaraq məlumat verib.

Səfir qeyd edib ki, səfər Azərbaycanda Rusiya İlinin bağlanmasına həsr olunub və bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda Rusiya İlinin təntənəli bağlanma mərasimi Rusiyanın sənət ustalarının iştirakı ilə Heydər Əliyev sarayında keçiriləcək. Səfir bildirib ki, onlar konsert proqramı ilə çıxış edəcəklər.

Bu gün iki ölkə höküməti baş nazirin görüş proqramını razılaşdırırlar. Hələ proqram yalnız ilkin xarakterə malikdir, səfərin təşkilinə dair Azərbaycan tərəfinin öz təklifləri var, lakin proqram hələ təsdiq olunmayıb. Baş nazirin mətbuat xidmətindən verilən xəbərə görə, Mixail Fradkovun səfər proqramına Azərbaycanın dövlət və hökümət rəhbərliyi ilə görüşlər daxildir.

Diplomat qeyd edib ki, əgər baş nazirin qrafiki biznes-forumu reallaşdırmağa imkan versə, tərəflər həmçinin iki ölkənin iş adamlarının biznes-forumunun Bakıda təşkil edilmə məsələləri üzərində də düşünəcəklər.

Xəbər lenti

Xəbər lenti