...

Bakıda "Təminatlı kreditlər haqqında" qanun layihəsinin təqdimatı keçiriləcək

Siyasət Materials 22 Noyabr 2006 17:40 (UTC +04:00)

Noyabrın 23-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və ACDI/IOCA təşkilatı tərəfindən həyata keçirdiyi maliyyə sektorunun inkişafı vasitəsilə kiçik və orta sahibkarlığa dəstək layihəsinin təqdimatı keçiriləcək. Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında qeyd olunub.

Tədbirdə "Təminatlı əqdlər (kreditlər) haqqında" Qanun layihəsi və Reyestr təqdim olunacaq.

Təqdimat kommersiya müəssissələri, təminatlı əqdlər üzrə qanunvericilik və qeydiyyat reyestrləri sahəsində 30 illik təcrübəyə malik təşkilatın amerikalı mütəxəssisi Everet Iohler tərəfindən aparılacaq. O, ABŞ, Misir, Kamboca, Iyetnam, Fici adaları, Gürcüstan, Çin, Rusiya Federasiyası, Fələstin, Marşal və Salamon Adalarında məsləhətçi kimi fəaliyyət göstərib.

Bu qanunun başlıca məqsədi təminatlı kreditlər (əqdlər) üçün daha çevik sistemin yaradılmasından və daşınar əmlaka hüquqların şəffaflığının təmin edilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti