...

Azərbaycan XİN nümayəndəsi: Son əsr ərzində Ermənistanın bölgədəki siyasəti xarici düşmənin axtarışı ideyası üzərində qurulur

Siyasət Materials 28 Noyabr 2006 15:38 (UTC +04:00)
Azərbaycan XİN nümayəndəsi: Son əsr ərzində Ermənistanın bölgədəki siyasəti xarici düşmənin axtarışı ideyası üzərində qurulur

Türkiyə hamıdan yaxşı dərk edir ki, Ermənistanın bölgədəki siyasəti son əsr ərzində xarici düşmənin axtarışı ideyası üzərində qurulur. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Ermənistan xarici işlər naziri Vardan Oskanyanın bəyanatını şərh edərkən məlumat verib və qeyd edib ki, "bir mərhələdə bu düşmən Türkiyə, sonra Azərbaycan olub, indi isə GUAM-dır".

Qeyd edək ki, erməni nazir Türkiyənin "erməni soyqırımı"nı inkar etmə üzrə dövlət siyasətini, o cümlədən "erməni soyqırımı" faktı daha çox dövlət tərəfindən tanındıqca Türkiyənin daha aqressiv olmasını tənqid edib. "Türklər hələ heç vaxt inkar etmə siyasətinin aparılması planında dövlət səviyyəsində bu qədər mütəşəkkil olmayıblar", - deyə V.Oskanyan bildirib.

O həmçinin etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyə ilə münasibətlərdə ciddi maneədir və vurğulayıb ki, "Ankaranın Azərbaycanla danılmaz həmrəyliyi Türkiyənin özünə qarşı işləyir, çünki Qafqazda ona qarşı etimadı və onun Şərq və Qərb arasında körpü roluna iddasını təhlükə altında qoyur".

T.Tağızadə qeyd edib ki, Türkiyənin regional inkişaf və o cümlədən Ermənistanla ikitərəfli münasibətlərin inkişaf məsələlərindəki mövqeyi Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Ermənistan-Azərbaycan münaqişəsi probleminə prinsipial baxışı ilə diktə olunub və Azərbaycan hər zaman bunu yüksək qiymətləndirib.

Bəyanatın Dağlıq Qarabağ və Kipr arasında paralelin keçirilməsinə dair hissəsinə gəlincə, T.Tağızadə qeyd edib ki, bu paralel ümumiyyətlə yersizdir. Dağlıq Qarabağa gəlincə, burada dövlətin dövlətə qarşı tamamilə dəqiq təcavüzü var və daxili element, yəni Qarabağ ermənilərinin rolu demək olar ki, minimuma endirilib. İkincisi, bu hallar onunla fərqlənir ki, Dağlıq Qarabağ erməniləri Ermənistanın silahlı qüvvələri ilə birgə yalnız Dağlıq Qarabağ ərazisində deyil, həm də ətraf ərazilərdə səmərəli etnik təmizləmə aparıblar. T.Tağızadə bildirib ki, həm də bu, yalnız etnik deyil, həm də mədəni təmizləmədir.

Kipr və Ermənistanın Türkiyənin AB-yə gedən yolunda maneə görmələri ilə razılaşaraq, ER XİN başçısı iki ölkənin Türkiyəyə qarşı işləməsi haqqında fikri təkzib edib. "Bizdə həqiqətən də ümumi məsələlər var və biz onları müzakirə etmişik, lakin biz kiməsə qarşı birləşmirik", - deyə XİN başçısı V.Oskanyan vurğulayıb.

T.Tağızadə, öz növbəsində bildirib ki, əgər Ermənistan XİN başçısının bu sözləri Yerevanın real siyasətinə uyğundursa, o zaman bunu yalnız salamlamaq olar.

Xəbər lenti

Xəbər lenti