...

Azərbaycan Parlamentinin nümayəndə heyəti Qazaxıstanda Məclis təmsilçiləri ilə görüşlər keçirəcək

Siyasət Materials 5 Dekabr 2006 11:35 (UTC +04:00)

Astana müxbirinə Qazaxıstan Parlamentindən verilən məlumata istinadən Trend xəbər verir ki, 5-9 dekabr tarixlərində Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Qazaxıstan Parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Fərhad Qəribovun rəhbərliyi altında Qazaxıstanda işgüzar səfərdə olacaq.

Dekabrın 5-də Məclis deputatlarının, Azərbaycan Parlamenti ilə əməkdaşlıq qrupu üzvlərinin Azərbaycan Respublikası Milli Məclisi nümayəndələri ilə görüşü keçiriləcək.

Elə həmin gün Azərbaycan parlamentarilərini Qazaxıstan Respublikası Parlamentinin sədr müavini Sergey Dyaçenko ilə görüş gözləyir.

Xəbər lenti

Xəbər lenti