...

Səfir: Milli Məclisin deputat qrupu ilk dəfə Astanaya gəlib

Siyasət Materials 5 Dekabr 2006 18:46 (UTC +04:00)
Səfir: Milli Məclisin deputat qrupu ilk dəfə Astanaya gəlib

Milli Məclisin deputatlar missiyası - "Azərbaycan-Qazaxıstan" parlamentlərarası dostluq qrupunun üzvləri Astanaya gəlib. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndillov məlumat verib.

"Bu, bizim parlamentarilərin Qazaxıstana ilk səfəridir", - deyə səfir qeyd edib. "Ölkələrimiz arasında yüksək səviyyədə - prezidentlər, nazirliklər səviyyəsində çox intensiv münasibətlər var, parlamentarilərimiz arasında isə indiyədək heç bir münasibət yox idi. Bu nöqsan hazırda aradan qaldırılır və indi bizim münasibətlərimizin yeni səhifəsi açılır- parlamentarilər arasında xalq diplomatiyası inkişaf edir".

Qrupun rəhbəri, deputat Fərhad Qalibov bildirib ki, artıq beynəlxalq komitənin sədri Serik Abdraxmanovla görüş keçirilib və bizim parlament əlaqəmizə dair fikir mübadiləsi aparılıb. Həmçinin Qazaxıstan Məclisinin sədr müavini Sergey Dyaçenko ilə də görüş keçirilib. Azərbaycan nümayəndə heyətinin başçısı bildirib ki, onlar Qazaxıstanlı həmkarlarını onlar üçün əlverişli olan vaxtda Azərbaycana dəvət ediblər. Qalibovun sözlərinə görə, deputatlar həmçinin Enerji Nazirliyi, KazMunayQaz-ın, "Kazına" sabit inkişaf fondu, Qazaxıstan xalqları assambleyasının, Ekologiya Nazirliyinin rəhbərliyi ilə də görüşəcəklər.

Azərbaycan səfiri L.Qəndilov əlavə edib ki, son illər iki ölkə arasında bütün səviyyələrdə fəal dialoq aparılır. O bildirib ki, gələn həftə iqtisadiyyat naziri Heydər Babayev Astanaya gələcək və Qazaxıstan-Azərbaycan biznes-forumunda işitrak edəcək.

Xəbər lenti

Xəbər lenti