...

Azərbaycan prezidenti Fransa Sahibkarlar Birliyinin (MEDEF) nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Dekabr 2006 20:41 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Fransa Sahibkarlar Birliyinin (MEDEF) Qafqaz və Orta Asiya komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf və sənaye istehsalının sürətlə artması haqqında məlumat verərək bildirib ki, Azərbaycan ümumi daxili məhsulun, o cümlədən sənaye istehsalının artım sürətinə görə dünyada lider dövlətdir. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının son hesabatında da qeyd edilib.

Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərdən danışan prezident deyib ki, ölkələrimizin iqtisadi əlaqələri uğurla inkişaf edir, Fransanın aparıcı şirkətlərinin təmsilçilərinin daxil olduqları nümayəndə heyətinin Bakıya səfəri də ölkəmizə olan marağın yaxşı nümunəsidir. Dövlətimizin başçısı Fransaya səfəri zamanı MEDEF-in üzvləri qarşısında çıxış etdiyini də xatırladıb. İham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycanda xarici iş adamları üçün hər cür şərait yaradılıb, əlverişli sərmayə mühiti var. Son üç ildə ölkənin dövlət büdcəsi dörd dəfə artıb.

Fransa şirkətlərinin nümayəndələri ölkənin iş adamlarının Azərbaycanda energetika, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə uğurlu fəaliyyətlərini xatırladıb, yaradılmış əlverişli şəraitə görə minnətdarlıq ediblər.

Xəbər lenti

Xəbər lenti