...

Azərbaycanın milli təhlükəsizlik naziri BMT-nin rezident-əlaqələndiricisini qəbul edib

Siyasət Materials 7 Dekabr 2006 19:36 (UTC +04:00)

2006-cı il dekabrın 7-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, səfir Marko Borsottini səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Nazir M.Borsottini diplomatik fəaliyyəti nəticəsində BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafı istiqamətində, habelə BMT İP və "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq-mühafizə orqanlarının, o cümlədən MTN-nin texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımlarını və önəmli səylərini yüksək qiymətləndirib.

Mehriban qarşılanma və xoş sözlərə görə minnətdarlığını bildirən M.Borsotti Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bu illərin onun qəlbində ən xoş xatirələrə çevriləcəyini bildirib.

O, Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirib, bu işdə, eləcə də iqtisadi inkişaf və bütün sahələrdə hr cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyüinin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunu xüsusi vurğulayıb. Səfir səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ayrılmasına baxmayaraq, daim Azərbaycanın və onun xalqının dostu olacağını bildirib, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan ciddi siyasi-iqtisadi islahatların canlı şahidi kimi respublikanın beynəlxalq aləmdə nüfuzlu dövlətə çevriləcəyinə əminliyini qeyd edib.

Görüşün sonunda Eldar Mahmudov səfir Marko Borsottiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb, onun Azərbaycanda daim istəkli qonaq kimi qarşılanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti