...

ABŞ dövlət katibinin müavininin köməkçisi: Cənubi Qafqaz bölgəsi artıq Avropaya enerji daşıyıcılarının ötürülməsi üçün alternativ mənbə olmağa qadirdir

Siyasət Materials 11 Dekabr 2006 13:37 (UTC +04:00)
ABŞ dövlət katibinin müavininin  köməkçisi: Cənubi Qafqaz bölgəsi artıq Avropaya enerji daşıyıcılarının ötürülməsi üçün alternativ mənbə olmağa qadirdir

Cənubi Qafqaz bölgəsi Avropaya enerji daşıyıcılarının tədarükü üçün tranzit dəhlizi olmaq üçün real imkan əldə edir. Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün "Mze" teleşirkətinə ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza məlumat verib.

"Mən bugünkü Gürcüstan parlamentinin fəaliyyətinin ən əsas yekununun Qafqaza, oradan Türkiyəyə, sonra isə Avropaya qaz tədarükünün rəqabət qabiliyyətli alternativinin yaranması olduğunu hesab edirəm", - deyə o vurğulayıb.

M.Brayza baş nazir Zurab Noqaideli başda olmaqla Gürcüstan hökümətinin elektrik enerjisi ixracatçısına çevrilmək üçün etdiyi səylərini yüksək qiymətləndirib. "Mən əminəm ki, bu il Gürcüstanı enerji böhranı gözləmir", - deyə M.Brayza qeyd edib.

Xəbər lenti

Xəbər lenti