...

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu: "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında problem qalmaqdadır"

Siyasət Materials 12 Dekabr 2006 16:54 (UTC +04:00)

"Bizim Müsavat Partiyası ilə bir blokda əməkdaşlıq etməyimiz mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında "Azadlıq" siyasi blokunun həmtəsisçisi olan müxalifətçi Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, son dövrlər "Azadlıq" blokuna daxil olan partiyalar mətbuatın müdafiəsi üçün yaradılan birlikdə Müsavat Partiyası ilə əməkdaşlıq ediblər.

"Lakin əsas problem parlamentin işində iştirak etməklə bağlıdır. "Azadlıq" bloku parlamentin işində iştirak etməyin əleyhinədir. Ancaq Müsavat Partiyası başqa yol tutub. Ona görə də "Azadlıq" blokunun bu partiya ilə əməkdaşlıq və müttəfiqlik etməsi mümkün deyil. "

Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri dövründə Müsavat, Azərbaycan Demokrat və Azərbaycan Xalq Cəbhəsi partiyaları birlikdə "Azadlıq" seçki bloku yaradıblar. Lakin seçkilərdən sonra Müsavat Partiyasının Azərbaycan Demokrat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə yolları ayrılıb. Buna səbəb isə Müsavat Partiyasının parlamentin işində iştirak etməsidir.

Bundan sonra isə Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Vətəndaş və İnkişaf partiyaları Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi Milli Birlik Hərəkatı ilə birgə "Azadlıq" siyasi blokunu yaradıblar və hazırda həmin blokda təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti