...

Azərbaycan İnvestisiya Şirkəti ölkə iqtisadiyyatının inkişafı üçün xarici kapital cəlb etməyə hazırdır

Siyasət Materials 20 Dekabr 2006 11:00 (UTC +04:00)

AİŞ SC-nin icraçı direktoru ilə müsahibə

Azərbaycan prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə qeyri-neft sektoruna sərmayə qoyuluşlarının təşviqi, bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi və texniki bazasının yeniləşdirilməsi üçün respublikada "Azərbaycan investisiya şirkəti" SC yaradılıb. Şirkətin 90 mln. manat məbləğində elan olunmuş nizamnamə kapitalı artıq Dövlət Neft Fondunun vəsaitlərindən tam şəkildə ödənilib.

Trend in "Azərbaycan investisiya şirkəti" SC-nin icraçı direktoru Anar Axundovla eksklüziv müsahibəsi:

- Azərbaycan investisiya şirkətinin yaradılması zamanı hansı öhdəliklər qoyulmuşdu və onlar nə dərəcədə həyata keçirilib?

- Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üzrə başlıca dövlət proqramlarından biri çərçivəsində böyük işlər görülüb və həmin işin bir hissəsi kimi iki məqsəd daşıyan investisiya şirkəti yaradılıb.
Əsas məqsəd - qeyri-neft sektorunun və bu sahədə işləyən şirkətlərin inkişafının dəstəklənməsi, layihələrin reallaşdırılmasına yardım etməkdir. AİŞ bu məqsədlərin reallaşdırılmasında iki yolla iştirak edə bilər:
birincisi, bu sahədə işləyən şirkətlərin səhm və paylarına və ya həmin sahədə bu və ya digər layihələrin reallaşdırılması üçün yaradılan yeni şirkətlərə investisiyalarla; ikinci istiqamət - yalnız həmin layihələrdə şəxsi iştirak deyil, həm də investorların həmsərmayələşdirmə və ya həmmaliyyələşdirməyə cəlb olunması, yəni başqa investorların perspektiv layihələrə cəlb olunmasıdır.

- AİŞ-in sonradan orada iştirak etməsi üçün bu günə qədər hansı sahələrdə qiymətləndirilmə aparılıb?

- Biz həm kənd təsərrüfatı, həm də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, Azərbaycanda tikinti materiallarının çox istifadə olunduğunu nəzərə alaraq, onların istehsalı üzrə layihələri qiymətləndiririk və müəyyən tikinti materiallarının, o cümlədən sementin idxaləvəzləyici istehsalını təşkil etmək üçün böyük şans var.
Neft kimyası sahəsində artıq məsləhətçilərin cəlb olunması ilə böyük qiymətləndirmə işləri aparılır. Çox maraqlı və perspektivli bazardır və biz loqistika sahəsində və nəqliyyat sektorunda layihələr gözləyirik və özümüz də bu sahədə işləməyə başlamışıq. Bizə maraqlıdır, tərəfdaşlar gözləyirik və paralel olaraq əczaçılıq sektoruna sərmayə qoyulan bazarları, tibbi avadanlığın istehsalını öyrənirik, çünki orada həm idxalı əvəz etmək, həm də ixrac yönümlü məhsulların istehsalı üçün imkan var.

- Siz adı çəkilən, artıq qiymətləndirmənin aparıldığı sahələrdəki layihələri sadalaya bilərsinizmi?

- İlkin analiz zamanı məxfiliyin qorunması üçün bizim şirkətlərlə razılaşmamız var, niyyət memorandumları bağlandıqdan sonra isə onları açıqlamaq olar. Mən ümid edirəm ki, 2006-cı ilin sonunadək onlardan bir neçəsini açıqlayacağıq. Düzdür, bir neçə layihə finiş xəttindədir və biz həmin layihələrdə ilkin analizi bu il tamamlamaq və həmin şirkətlərin menecmentləri ilə razılaşdırmaq istəyirik. Bununla yanaşı, deyə bilərəm ki, neft-kimya kompleksinin yaradılması üzrə böyük işlər görülür. Daha müasir texnologiyaların tətbiqi üçün "Garadagh Cement" şirkətinin istehsalının təkmilləşdirilməsinə sərmayə qoyuluşu üzrə də görüləcək işlər aydındır. Biz sadəcə olaraq bu və ya digər şirkətin kapitalını artırırıq, sərmayələrimizin hara getdiyini bilmək bizim üçün çox vacibdir. Biz artıq təcrübəyə malik, fəaliyyətdə olan şirkətlərin birinin yeni süd zavodunun tikintisinə sərmayə qoyacağını bildirmişik. Biz yeni və fəaliyyətdə olan şirkətə sərmayə qoya bilərik, lakin əsas səhmdarın bu istiqamətdə təcrübəyə malik olması çox vacibdir. Süd zavodu ilə bağlı məsələdə söhbət Milk PRO şirkətindən gedir. Orada AYİB səhmdardır, lakin Avropa bankının sərmayələrinin əsas hissəsinin bizimlə birgə sərmayə qoyuluşu zamanı veriləcəyi gözlənilir. Yeni zavodun tikintisi zamanı Avropa bankı ilə yeni həmmaliyyələşdirmə sxemindən istifadə olunacaq.

- Zəhmət olmasa, Azərbaycanda neft-kimya kompleksinin yaradılması layihəsinin qiymətləndirilməsinin nəticələri haqqında bizə məlumat verin və Sumqayıtda kimya müəssisələri olduğu halda yenisinin yaradılma zərurəti nədən ibarətdir?

- Məsləhətçilər bütün imkanları öyrənirlər, ona görə də onların işləri uzanır. Əgər bizdə neft-kimya kompleksi olmasaydı, bəlkə də qiymətləndirmə sürətlə gedərdi. Bizdə bu istiqamətdə təcrübə və baza olduğundan, məsləhətçilər onu öyrənir və onun hansı hissəsinin təkmilləşdirilməsinin mümkün olduğunu, hansı hissəsinin artıq perspektivsiz olduğunu və nəyi sıfırdan başlamaq lazım olduğunu qiymətləndirməlidirlər.
Ona görə də özündə xammalın çeşidlərə ayrılmasını, loqistikasını, hazır məhsulun çıxışını birləşdirən kompleks adlanır. Onu daha effektiv etmək üçün indi mövcud istehsal obyektlərinin və bazanın tam qiymətləndirilməsi aparılır.
Məsləhətçilərin bazardakı konyunkura üzrə təqdim etdikləri ilkin analiz var.

- Ölkədə nafta və qaz çatışmazlığının olduğunu nəzərə alaraq, yaradılan neft-kimya kompleksində məhsulun hansı baza xammalı ilə istehsal olunacağı hazırda müəyyən olunubmu?

- Son vaxtlar bu sahədə peşəkarların təcrübəsinə əsaslanaraq, daha perspektiv istehsalın qazdan istifadə etməklə təşkil olunmasıdır. Bunun Azərbaycanda necə baş verəcəyini məsləhətçilər deyəcək və hazırda nə qədər qaz istehsal etdiyimiz deyil, "Şahdəniz" yatağının potensialının necə olması daha vacibdir. Və qiymətləndirmə zamanı bu, daha vacibdir. Başlıca qaz yataqlarından biri kimi, biz bu gün "Şahdəniz"ə arxalanırıq. Hazırda məsləhətçilər yatağın qiymətləndirilməsi istiqamətində neft şirkətləri ilə fəal surətdə işləyir və informasiya mübadiləsi aparırlar.

- Siz neft-kimya kompleksinin yaradılması layihəsinin analizinin nə vaxt bitəcəyini gözləyirsiniz və layihənin dəyərinin ilkin qiymətləndirmələri necədir?

- 2007-ci ilin yanvarında layihənin detallaşdırılmasını nəzərdə tutan qiymətləndirmənin ikinci mərhələsinin tamamlanacağı, investorların ilkin dövrəsinin müəyyən olunacağı gözlənilir. Hər mərhələdə biz bunun perspektivli olması barədə nəticəyə gəlməliyik, ona görə də məsləhətçilərin öz işlərini davam etdirəcəkləri istisna olunmur.
Biz Cənubi Amerikanın təcrübəsini təkrarlamaq istəmirik. Orada tam keyfiyyətli təhlil aparılmadığından, böyük kompleks yaradılıb, lakin o, yarım güclə işləyir.
Üçüncü mərhələdə biznes-plan üzərində işlər görüləcək, bu isə təxminən 2007-ci ilin fevral-mart aylarından tez başlamayacaq. Düzdür, biz məsləhətçilərimizi tələsdiririk, lakin keyfiyyəti itirmək istəmirik, çünki bu, çox vacibdir. Və ümid edirik ki, analiz gələn il I rübün sonuna qədər hazır olacaq, lakin layihənin nə vaxt reallaşdırılmağa başlayacağını demək çox çətindir.
Layihənin dəyəri yanacaqdan- qaz və ya naftadan, istehsal obyektlərinin necə olmasından və mövcud olanların hansından istifadə olunacağından asılı olacaq. Bunlardan asılı olaraq qiymət də dəyişəcək.
Kompleksin Sumqayıtda artıq mövcud olan kimya zavodlarının ərazisində yerləşəcəyi istisna olunmur, çünki belə olan halda qənaət etmiş oluruq. Bundan başqa, işləməyən müəssisələrdən də istifadə edilə bilər.

- AİŞ-in yaxın gələcəkdəki planlarından danışın. İnvestisiya şirkətinin öz istiqrazları ilə kapital bazarına çıxmasını nə vaxt gözləmək olar?

- 2007-ci ildə - şirkətin fəaliyyətinin bir ilinin tamam olduğu vaxt, hesabatın hazırlanması üçün beynəlxalq auditorlar cəlb olunacaq. Bundan sonra biz beynəlxalq reytinq agentlikləri ilə məsləhətləşmələrə başlayacağıq, lakin AİŞ-in dövlət şirkəti olduğunu nəzərə alaraq, hesab edirik ki, 2008-ci ildə artıq reytinqin alınmasından danışmaq olar.
Paralel olaraq biz qiymətli kağızlarımızın anderrayterləri ola biləcək böyük investisiya bankları ilə danışıqlar aparacağıq. Bu, klassik mexanizmdir, lakin lazım gələrsə, paralel olaraq investisiya bankları qrupu arasında qismən yerləşdirmə vasitəsilə vəsait cəlb etməyimizə heç nə mane olmur.
Avrobond buraxılışı - listinqləşdirmə mexanizmidir, ona görə də reytinqsiz mümkün deyil. Bunun sürətli olması üçün birinci mərhələdə böyük paketlər ala biləcək məhdud sayda investisiya bankları arasında AİŞ istiqrazlarının yerləşdirilməsi mümkündür.
Bununla da biz şirkətlərin özünün gələcəkdə xarici bazarlara çıxmasına və sərmayə cəlb etməsinə yardım edirik. Gələn il bizim beynəlxalq institutlarla bir neçə layihələrimiz olacaq. Orada biz arzu edən pilot şirkətlərdə korporativ idarəetməni implementasiya edəcək və onu sərmayələrə daha hazır edəcəyik. Bunun üçün beynəlxalq ekspert və mütəxəssislər cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti