...

Azərbaycan və Ermənistan XİN başçıları növbəti danışıqları Moskvada aparacaqlar

Siyasət Materials 9 Yanvar 2007 14:16 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN başçıları növbəti danışıqları Moskvada aparacaqlar

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçiriləcəyi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş təxminən yanvarın 23-nə təyin olunub.

Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Ermənistanın XİN başçısı Vardan Oskanyanın Ermənistan "ehtiyatlı nikbinliyi qoruyur və biz hesab edirik ki, Azərbaycan tərəfdən lazımi iradənin göstərildiyi və onun tərəfindən Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etmə hüququnu tanındığı halda, biz nizamlanmanın əsas prinsiplərini razılaşdıra bilərik" haqqında son bəyanatını şərh edib. T.Tağızadənin sözlərinə görə, erməni tərəfi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda müsbət nəticələr əldə etmək üçün siyasi iradə göstərməlidir. O qeyd edib ki, Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını təyin etmə hüququ Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində tamamilə mümkündür.

T.Tağızadə V.Oskanyanın 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə intensiv danışıqların aparıldığı haqqında bəyanatını müsbət qiymətləndirib və əvvəllər ciddi ixtilafların mövzusu olan bəzi prinsipial məsələlər üzrə tərəflərin mövqelərinin yaxınlaşdığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti