...

Naxçıvan MR Ali Məclisinin sədri İİR-in Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib

Siyasət Materials 19 Yanvar 2007 14:15 (UTC +04:00)

Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbov İİR-in Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədkazim Memarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Vasif Talıbov iki ölkə, o cümlədən Şərqi Azərbaycan vilayəti ilə Naxçıvan arasında mövcud əlaqələrdən danışıb, qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirən Ali Məclis sədri Azərbaycan tərəfinin əlaqələrin daha da genişlənməyində, vizasız rejimə keçməkdə, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Culfada yeni Gömrük Kompleksinin istifadəyə verilməsini bu sahədə növbəti addım kimi qiymətləndirən Vasif Talıbov bu istiqamətdə tədbirlərin bundan sonra davam etdiriləcəyini bildirib.

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədkazım Memarzadə Naxçıvana əvvəlki səfərlərini xatırlayıb, son illərdə regionda baş verən inkişafın şahidi olduğunu qeyd edib. Ali Məclis sədrini Şərqi Azərbaycan vilayətinə dəvət edən qonaq Naxçıvanla iqtisadi, ticarət və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışacağını bildirib.

Səfər çərçivəsində qonağı İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Salman Xudadadi, Yol və daşımalar nazirinin müavini Məhəmməd Boxarayi müşaiyət edib. Rəsmi görüşdə Azərbaycan Respublikasının İrandakı səfiri Abbasəli Həsənov, İranın Naxçıvandakı baş konsulu Nasir Həmidi Zare, Azərbaycanın Təbrizdəki baş konsulu Ayxan Süleymanov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti