...

GUAM Milli koordinatorlarının növbəti görüşünün tarixi müəyyən edilib

Siyasət Materials 19 Yanvar 2007 16:46 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" Milli Koordinatorlar Komitəsinin (MKK) növbəti görüşü martın 1-2-də Kiyevdə keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə təşkilatın informasiya ofisindən bildiriblər. Ofisdən verilən məlumata görə, milli koordinatorların görüşü 27-28 fevralda Ukraynanın paytaxtında keçiriləcək ekspertlərin görüşünə hazırlığı təşkil edir.

Gürcüstan, Ukrayna, Azərbaycan nümayəndələri təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər. MKK iclasının gündəliyi də təşkilatın ekspertlərinin görüşündə hazırlanacaq.

Xatırladaq ki, Azərbaycanı MKK iclasında xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti