...

Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini ictimaiyyəti kompromislərə hazırlamağa çağırır

Siyasət Materials 29 Yanvar 2007 15:26 (UTC +04:00)
Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini ictimaiyyəti kompromislərə hazırlamağa çağırır

Minsk qrupu həmsdərləri Yuriy Merzlaykov (Rusiya), Bernar Fasye (Fransa) və Meytu Brayza (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin konstruktiv yanaşmalarından məmnun qaldıqlarını bildiriblər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend agentliyinə daxil olmuş Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə növbəti danışıqların nəticələri ilə bağlı vasitəçilərin yaydıqları bəyanatda deyilir.

Həmsədrlər bildirib ki, hər iki ölkə prezidentinin konstruktivliyi onları ruhlandırır.

Diplomatlar bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinin tapılması işində əsas məsuliyyət Ermənistan və Azərbaycan przidentlərinin üzərinə düşür, Minsk qrupu həmsədrləri isə onlara bu işdə yardım etməyə hazırdırlar.

Prezidentlər öz milli maraqlarını fəal müdafiə etməkdədirlər, lakin bunu sülh prosesinin davamına imkan yaradan bir tərzdə edirlər.

Həmsədrlər münaqişə tərəflərini danışıqlarda əldə olunmuş nəticələri qoruyaraq öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlmağa çağırır.

Eyni zamanda, həmsədrlər tərəflər arasında inamın və anlaşmanın səviyyəsinin artırılması üçün tərəfləri etimad yaradan tədbirlərin axtarışına və atəşkəs rejiminin qorunmasına çağırırlar.

Xəbər lenti

Xəbər lenti