...

Xocalı faciəsinin 15- ci ildönümü ilə bağlı Milli Məclisdə keçiriləcək dinləmələrdə dövlət rəsmiləri və səfirlər də iştirak edəcəklər

Siyasət Materials 24 Fevral 2007 14:03 (UTC +04:00)
Azərbaycan, Bakı / müxbir İ.Əlizadə/ Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Milli Məclisdə keçiriləcək dinləmələrdə dövlət rəsmiləri, Azərbaycanda akkriditə olunmuş səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edəcəklər. Bu barədə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Milli Məclisdə yaradılan komissiyanın üzvü, millət vəkili İltizam Əkbərli məlumat verib. "Mən təklif etmişəm ki, dinləmələrə siyasi partiyaların rəhbərləri də dəvət olunsunlar. Bu hər tərəfli bir müzakirələrin aparılmasına imkan verər", -deyə komissiya üzvü vurğulayıb. İ.Əkbərlinin sözlərinə görə, Xocalı soyqırımının araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının nümayəndələri nəticələr haqqında məlumat verəcəklər. Xatırladaq ki, Xocalı faciəsi ilə bağlı dinləmələr fevralın 26-da saat 14.00-da başlayacaq. Bunun üçün parlament növbədən kənar iclas keçirəcək. Dinləmələr fevralın 27-də davam etdiriləcək və sonda bəyanat və xüsusi qərar qəbul olunacaq.Dinləmələrdən sonra qəbul ediləcək bəyanatın mətnini hazırlamaq üçün parlament sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə deputatlar Elman Məmmədov, Həvva Məmmədova, Azay Quliyev, İltizam Əkbərli və Aqil Abbasdan ibarət komissiya yaradılıb.
Xəbər lenti

Xəbər lenti