...

Azərbaycan Ombudsmanı ölkə başçısına illik məruzəsini təqdim edib

Siyasət Materials 1 Mart 2007 17:26 (UTC +04:00)
Azərbaycan Ombudsmanı ölkə başçısına illik məruzəsini təqdim edib

Azərbaycan, Bakı/ Trend S.Abayeva/ İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova ölkə prezidenti, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Baş prokurorluğa 2006-cı il üçün illik məruzəsini təqdim edib. Ombudsman aparatından verilən məlumata görə, bu, Azərbaycanda insan hüquqları üzrə müvəkkil institutu yaradılandan indiyə qədər sayca dördüncü məruzədir.

Qaydaya görə, hər il fevral ayının sonunda Ombudsman məruzəsi prezidentə təqdim edilir, mart ayında isə parlamentdə müzakirə edilir.

Ombudsmanın hazırkı məruzəsinə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı vəziyyət, Ombudsman aparatının bu sahədə dövlət qurumları, hüquq müdafiə təşkilatarı və KİV-lə birgə həyata keçirdiyi tədbirlər və monitorinqlərlə bağlı məlumatlar daxildir.

Xəbər lenti

Xəbər lenti