Sloveniyanın Azərbaycandakı yeni səfiri yaxın zamanlarda vəzifəsinin icrasına başlayacaq
Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Sloveniya Azərbaycana yeni səfir təyin edib. Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşarın məlumatına əsasən, Sloveniyanın yeni səfiri Mitya Ştrukeljdir (Mitja Strukelj). O, diplomatik fəaliyyətini Azərbaycan və Türkiyədə həyata keçirəcək.
Bu yaxınlarda diplomatın Azərbaycan rəhbərliyinə etimadnaməsini təqdim etməsi gözlənilir.