...

Hərbi ekspert: "Azərbaycan ordusunun NATO standartlarına tam keçidi üçün böyük vaxt lazım deyil"

Siyasət Materials 13 Mart 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, NATO ilə əməkdaşlığın daha da sürətlə inkişaf etməsi üçün Azərbaycan tərəfi bəzi məsələlərdə çevik qərarlar çıxarmalıdir. Onun sözlərinə görə, Azərbaycan NATO-ya inteqrasiya prosesi yolunda bəzi məqamlarda tərəddüdlü addımlar atdığından münasibətlərin inkişafına əngəl törədir: "NATO rəsmiləri açıqca bəyan edir ki, Azərbaycan NATO-ya inteqrasiyası prosesində Gürcüstandan irəlidə ola bilərdi və daha çox iş görə bilərdi."

Cəfərov hesab edir ki, Azərbaycan ordusunun NATO standartlarına tam keçidi üçün böyük vaxt lazım deyil. Buna səy göstərilsə, Azərbaycan maksimum 2 il ərzində NATO-nun standartını tam əldə edə bilər. Hərbi ekspert yaxın günlərdə NATO-nun Azərbaycanla bağlı növbəti arayışı verəcəyini də deyib.

Xəbər lenti

Xəbər lenti