...

Bahar Muradova: "Siyasi qüvvələr arasında dialoqun olması vacibdir"

Siyasət Materials 19 Mart 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Dialoq həmişə məqsəd yox, vasitə olmalıdır. Hansısa problemin həllində ortaq məxrəcə gəlmək üçün siyasi qüvvələr arasında dialoqun olması vacibdir. Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, bu məsələdə qüvvələr nisbətinə də diqqət yetirmək lazımdır: "Yəni, hakim partiyanın tərəf müqabili müəyyən qədər cəmiyyətdə üstünlüyə malik olmalıdır. Ancaq Azərbaycanda reallıq bundan ibarətdir ki, müxalifət həddindən artıq zəif və zəlil durumdadır. Bununla belə, hakimiyyət konstruktivlik nümayiş etdirərək, dialoqa həmişə hazır olduğunu bildirib".

B.Muradova qeyd edib ki, dialoq o zaman zəruri olur ki, iqtidarın siyasəti ilə xalqın istək və arzuları arasında kəskin fərq yaranır. Belə olan halda, siyasi partiyalar vasitəçi rolu oynayaraq belə problemlərin dialoq yolu ilə həllinə çalışır.

"Bu mənada da, Azərbaycandakı reallıq fərqlidir. Müəyyən kiçik miqyasda narazılar var ki, müxalifət partiyaları onları YAP-a ciddi rəqib olduğunu düşünürsə, yanılırlar. Çünki ölkəmizdə hakimiyyətlə xalqın birliyi möhkəmdir", - deyə vitse-spiker əlavə edib.

Onun fikrincə, müxalifət yekcins deyil. B.Muradova vurğulayıb ki, bu düşərgənin radikal hissəsinin daxilində ciddi ziddiyyətlər mövcuddur. Radikalların konstruktiv müxalifətə münasibəti isə daha kəskindir: "ADP-nin dialoq təklifindən sonra müxalifət düşərgəsində hansı acınacaqlı hadisələrin baş verdiyinin hamımız şahidiyik. Bütövləşmiş, sağlam müxalifət olmayan təqdirdə, dialoqun reallaşması mümkün deyil". Onun fikrincə, müxalifət yekcins deyil. B.Muradova vurğulayıb ki, bu düşərgənin radikal hissəsinin daxilində ciddi ziddiyyətlər mövcuddur. Radikalların konstruktiv müxalifətə münasibəti isə daha kəskindir: "ADP-nin dialoq təklifindən sonra müxalifət düşərgəsində hansı acınacaqlı hadisələrin baş verdiyinin hamımız şahidiyik. Bütövləşmiş, sağlam müxalifət olmayan təqdirdə, dialoqun reallaşması mümkün deyil".

Xəbər lenti

Xəbər lenti