...

Andres Herkel: Azərbaycanla bağlı məruzəyə dəyişiklik ediləcək

Siyasət Materials 29 Mart 2007 16:34 (UTC +04:00)
Andres Herkel: Azərbaycanla bağlı məruzəyə dəyişiklik ediləcək

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Azərbaycanla bağlı məruzəyə dəyişiklik ediləcək. Bunu Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Trendin müxbirinə bildirib.

Əlavə edib ki, Azərbaycanın öhdəlikləri ilə bağlı AŞPA-nın aprel sessiyasında müzakirələr zamanı əsas tələbləri sərbəst toplaşma azadlığı haqqında qanuna bəzi dəyişiklərin edilməsi olacaq.

Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlıq etdiyini xatırladan Herkel rəsmi Bakının bu istiqamətdə apardığı fəaliyyətin sevindirici olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti