...

Sərhəd Qoşunlarının əsgəri xidmət yoldaşı tərəfindən öldürülüb

Siyasət Materials 30 Mart 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət Sərhəd Xidmətinin Lənkəran rayonu ərazisindəki N saylı hərbi hissəsində xidmət edən əsgər Elşad Göyçəyevin ölümü ilə bağlı əsgər yoldaşı Vüsal Cəfərov həbs edilib. Respublika Hərbi Prokurorluğundan bu gün Trend ə verilən məlumata görə, Göyçəyevin qətlinin səbəbləri hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılır. Qətlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində baş verdiyini istintaq müəyyənləşdirəcək.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Ötən ilin aprelində Bakının Nizami rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 1987-ci il təvəllüdlü Göyçəyev martın 28-də saat 23 radələrində avtomat silahdan açılan atəşlə öldürülüb.

Xəbər lenti

Xəbər lenti