...

Azərbaycan prezidenti monumental heykəltəraşlıq, xatirə memorial və memarlıq kompleksləri haqqında sərəncam imzalayıb

Siyasət Materials 2 Aprel 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasindaki monumental heykəltəraşliq abidələri, xatirə-memorial və memarliq kompleksləri haqqinda" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Sərəncamda ölkəmizin müxtəlif guşələrində ucaldılan yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərin şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrildiyi, Qobustan qaya təsvirlərinin qədim tarixə malik olduğu, ötən əsrin 20-ci illərindən etibarən heykəltəraşlığın ölkədə böyük inkişaf yolu keçdiyi bilirlir. "Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələri Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir".

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyəti qurumlarla birlikdə Şəhidlər xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinə dair, Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər şəhər və kəndlərdə ucaldılmış monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirərək, görülən işlər haqqında hesabatı və bu istiqamətdə gələcək fəaliyyət proqramının layihəsini prezidentinə təqdim etməyi, Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılmasını təmin etməyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublikanın park, bağ və digər istirahət zonalarındakı abidə, büst, barelyef və digər heykəltəraşlıq və xatirə-memorial əsərlərinin vəziyyətini araşdırıb müvafiq təkliflərini, Milli Elmlər Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının təklifləri əsasında azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması zəruri sayılan abidələr və komplekslərlə bağlı təkliflərini prezidentə təqdim etməyi tapşırıb. Nazirlər Kabineti prezidentin "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərmanının icrasını təmin etmək üçün müvafiq tədbirlər görəcək.

Xəbər lenti

Xəbər lenti