...

Daha bir muxalifət partiyasına sədr seçiləcək

Siyasət Materials 5 Aprel 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı sentyabrın üçüncü ongünlüyündə keçiriləcək. Bu barədə VHP sədri Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, bu il VHP-nin yaradılmasının 15 ili tamam olur və partiyanın yubileyi ilə qurultayı eyni vaxta təyin olunacaq, bir yerdə qeyd ediləcək. Qurultayda partiyanın sədri seçilcək, rəhbər strukturları formalaşdırılacaq. Rüstəmxanlı növbəti dəfə də partiyanın sədrliyinə namizədliyini verəcəyini deyib. Qurultayda rəhbər strukturlara əsasən gənclərin seçilməsi və təyin olunması gözlənilir.

1992-ci ildə VHP-ni yaradan S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub. Partiya hazırda parlamentdə iki deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti