Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin "Mərmərə Qrupu"nun rəhbəri Akkan Suveri qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Müzakirələr zamanı Azərbaycan və Türkiyənin müxtəlif qurumları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib, ölkəmizlə "Mərmərə Qrupu" arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.