...

Azərbaycanın daha bir müxalifət partiyası qurultaya hazırlaşır

Siyasət Materials 16 Aprel 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisi Rəyasət Heyətinin bazar ertəsi keçirilən iclasında ölkədəki ictimai-siyasi vəziyyət, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin təşkili və tərkibinin müəyyənləşdirilməsi müzakirə olunub. Bu barədə bazar ertəsi AXCP mətbuat xidmətindən məlumat verilib. Müzakirələr zamanı AXCP-nin növbəti qurultayına hazırlıq üzrə 25 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Partiyanın rəhbəri Əli Kərimli Təşkilat Komitəsinin sədri, AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli komitə sədrinin müavini, partiyanın ümumi şöbəsinin müdiri Gözəl Bayramlı isə komitənin katibi seçilib.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti