...

Rəfael Hüseynov Avropa Şurasını Qarabağ probleminin həllinə kömək etməyə çağırıb

Siyasət Materials 18 Aprel 2007 19:25 (UTC +04:00)
Rəfael Hüseynov  Avropa Şurasını Qarabağ probleminin həllinə kömək etməyə çağırıb

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin üzvü Rəfael Hüseynov "Avropada demokratiyanın vəziyyəti" adlı məruzəylə çıxış edib.

O öz çıxışında Azərbaycanın Avropa Şurasının üzvü olaraq 15 ildən artıqdır ki, torpaqlarının işğal altında olduğunu söyləyib. Azərbaycanın bir milyona yaxın məcburi köçkünü var.

Hüseynov bildirib ki, AŞ-nin Qarabağ probleminin həlli istiqamətində apardığı fəaliyyətlərə baxmayaraq, nəticə olmadığı təqdirdə burada demokratiyadan, insan haqlarından pafosla danışmaq yersizdir.

Avropa Şurasına üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal olunmasının qəbul edilməz hal olduğunu bildirən Hüseynov bunun nə Avropa Şurası qanunlarına, nə də Avropa dəyərlərinə uyğun gəldiyini ifadə edib.

Bu problemlə bağlı, digər üzv ölkələri də fikir bildirməyə çağıran Hüseynov Avropa Şurasıyla əməkdaşlığın demokratiyadan başlayaraq, iqtisadiyyat və digər sahələrdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti