...

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin edilib

Siyasət Materials 19 Aprel 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsinə Eldar Sabiroğlu təyin edilib. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri Səfər Əbiyevin əmri ilə Sabiroğluna həmçinin polkovnik-leytenant hərbi rütbəsi verilib.

Sabiroğlu Trend ə açıqlamasında Müdafiə Nazirliyi ilə mətbuat arasında sıx əlaqə qurulacağını və birgə səylərin artırılacağını bildirib.

Sabiroğlu Yerevan Dövlət Pedaqoji İnstitutunu və Bakı Ali Partiya məktəbini bitirib.

Uzun müddət mətbuat sahəsində çalışıb. "Sovet Ermənistanı", "Mədəniyyət", "Açıq söz" qəzetlərində işləyib. Birinici çağırış Milli Məclisin deputatı olub.

Xəbər lenti

Xəbər lenti