...

İslam Demokrat Partiyası Qarabağla bağlı danışıqların dayandırılması çağırışlarına etiraz edir

Siyasət Materials 21 Aprel 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Azərbaycan İslam Demokrat Partiyası son dövrlər bir sıra təşkilatlar tərəfindən səsləndirilən Qarabağ probleminin həlli ilə bağlı gedən danışıqlar prosesinin dayandırılması və müharibə çağırışlarına etiraz edir. Bu barədə İslam Demokrat Partiyasının (İDP) sədri Tahir Abbaslı açıqlama verib.

İDP sülh danışıqları prosesinin dayandırılmasına lüzum görmür və bunu çıxış yolu hesab etmir. "Sülhün, əmin-amanlığın bərqərar olması üçün danışıqlar davam etdirilməlidir. Hətta proses bir qədər də çevikləşdirilməlidir. Baxmayaraq ki, Qarabağ probleminin həlli istiqamətində gedən proseslərdə Ermənistanın müdafiəçiləri, havadarları, hətta bu məsələnin həll edilməməsini istəyənlər çoxdur" - deyə Abbalı qeyd edib. O, əlavə edib ki, hətta beynəlxalq təşkilatların ikili münasibəti də Azərbaycanın sülh danışıqlarını müharibə ilə əvəz etməyinə əsas vermir. Partiya sədri sülh danışıqları prosesində vəziyyətin Azərbaycanın xeyirinə dəyişdiyini, Ermənistan rəsmilərinin öz mövqelərindən bir qədər geri çəkildiyini deyib.

Xəbər lenti

Xəbər lenti