...

Azərbaycan və Avropa ədəbiyyatı əlaqələri Polşada müzakirə ediləcək

Siyasət Materials 21 Aprel 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə oktyabrın 20-dən 23-dək Polşada "Avropa ədəbiyyatı" adı altında konfrans keçiriləcək. Bu barədə şənbə günü telefonla hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

Onun sözlərinə görə, məsələ AŞPA-nın yaz sessiyasında müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Konfransda AŞPA nümayəndələri ilə yanaşı, Avropanın ədəbiyyat uzrə görkəmli mütəxəssisləri, tanınmış təhsil mərkəzlərinin rəhbərləri və siyasətçilər iştirak edəcəklər. Tədbirdə Hüseynov "Azərbaycan və Avropa ədəbiyyatı əlaqələri" mövzusunda çıxış edəcək.

Aprelin 16-dan 20-dək Strasburqda AŞPA-nın yaz sessiyası keçirilib. Sessiyada bir sıra məsələlər, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunub. Azərbaycanı sessiyada Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Əli Hüseynovdan ibarət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyəti bu gün saat 20.10-da Azərbaycana qayıdır.

Xəbər lenti

Xəbər lenti