...

Politoloq: "Putinin AHQMS-yə mümkün moratoriumu barədə bəyanatı total silahlanmanı nəzərdə tutmur"

Siyasət Materials 27 Aprel 2007 15:06 (UTC +04:00)
Politoloq: "Putinin AHQMS-yə mümkün moratoriumu barədə bəyanatı  total silahlanmanı nəzərdə tutmur"

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Avropada Hərbi Qüvvələrin Məhdudiyyəti haqqında Sazişin (AHQMS) yerinə yetirilməsində RF-nin mümkün moratoriumu barədə bəyanatı bu məsələnin həlli üçün bir növ təzyiq vasitəsidir, total silahlanmanı nəzərdə tutan plan deyil. Bu barədə Trend ə rusiyalı politoloq, "Kommersant" qəzetinin siyasi-iqtisadi şöbəsinin rəhbəri Azər Mürsəliyev məlumat verib.

Bir gün əvvəl RF prezidenti Putin Federal Məclisə illik müraciətində Rusyianın AHQMS-nin yerinə yetirilməsinə moratoriumun elan olunmasını məqsədəuyğun hesab edib: "NATO-nun bütün ölkələri Rusiyanın bu gün faktiki olaraq birtərəfli qaydada sazişi ratifikasiya etdiyi kimi ratifikasiya edənə qədər saziş ciddi olaraq yerinə yetirilməyəcək".

AHQMS-in yerinə yetirilməsində moratoriumun tətbiq olunmasının Cənubi Qafqaza təsiri barədə sualı cavablandıran rusiyalı politoloq bildirib ki, bu halda söhbət "cənub cinahdan deyil, şimal cinahdan" gedir: "Rusiyanın Qərbə ciddi iddialarından biri NATO-nun yeni üzv ölkələrinin bir hissəsinin, ilk növbədə Baltikyanı dövlətlərin bu sazişi imzalamaqdan və bunu yerinə yetirməkdən imtna etməsidir". Moratoriumun tətbiqinin Rusiyanın Ermənistanda hərbi cəhətdən genişlənməsinə mümkün təsiri barədə suala cavab verən Mürsəliyev söyləyib: "Rusiya Ermənsitanda olduqca geniş təqdim olunub. Ümumiyyətlə, əgər Rusiya Ermənistanda hərbi mövcudluğunu genişləndirməyə qərar versə, bu AHQMS-yə qəbul və AHQMS-dən çıxışsız həyata keçiriləcək".

AHQMS Varşava sazişi və NATO dövlətləri tərəfindən 1990-cı ildə imzalanıb. AHQMS-nin iştirakçıları Avropanın 28 dövlətidir. (Ermənistan, Azərbaycan, Belorus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya), həmçinin ABŞ və Kanada. Avropada adi hərbi qüvvələr haqqında sazişin imzalanmasından bir il sonra SSRİ-i dağılıb. AHQMS-nin yeni şərtlərlə yeni variantı 1999-cu ildə ATƏT-in İstanbuldakı sammitində imzalanıb. Onun əsasında sazişin blok strukturundan hər bir iştirakçı dövlətin silahlanma və texnikanın milli və ərazi səviyyəsinə keçidi həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti