...

Azərbaycan və Türkiyənin Dil Qurumları arasında görüş keçiriləcək

Siyasət Materials 30 Aprel 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Dil Qurumu ilə Türkiyənin Dil Qurumu rəhbərləri arasında yaxın zamanda görüş keçiriləcək. Bu barədə Azərbaycan Dil Qurumunun rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

Millət vəkili Rüstəmxanlı hər iki ölkənin Dil Qurumları arasında rəsmi əlaqələrin qurulması, ortaq türk dili ideyasının reallaşmasına nail olunması məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişdi. Səfirlik Rüstəmxanlının müraciətinə cavab verib və səfir Hüseyn Avni Karslıoğlu bildirib ki, artıq bu əlaqələrin qurulması barədə Türkiyənin Xarici İşlər Nazirliyinə, Atatürk Kültür Mərkəzinə, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyinə məlumat verilib. Türkiyənin müvafiq qurumları Azərbaycanda yeni yaranan Dil Qurumuna nəşr və çap işlərində, ortaq araşdırmaların aparılmasında kömək etməyə hazır olduqlarını rəsmi məktubla bildiriblər. Bu məqsədlə yaxın günlərdə hər iki qurumun rəhbərliyi arasında görüş keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti