...

Azərbaycan ordusunun əsgəri intihar edib

Siyasət Materials 1 May 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan ordusunun Qazax rayonundakı N saylı hərbi hissəsində xidmət edən Bayramov Saleh Abutalıb oğlu intihar edib. İmişli rayon hərbi komissarlığından ötən ilin aprelində hərbi xidmətə çağrılmış Bayramov xidməti avtomat silahından atəş açaraq özünü öldürüb. İmişli rayon hərbi komissarlığından Trend ə bildirilib ki, mərhumun cənazəsi doğulduğu Məhəmmədli kəndində dəfn olunub.

Əsgərin intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qazax rayon hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə onlarda belə bir məlumat olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti