...

Parlamentin komissiya sədri: "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməsi vacibdir

Siyasət Materials 1 May 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan haqqında qəbul olunan qətnamədə əks olunan tənqidi məqamlardan biri də "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməməsi ilə bağlıdır və ona görə də bu qanunun qəbul olunması vacibdir. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Əli Hüseynov məlumat verib.

"Mən bu qanunun qəbul olunması üçün deputat həmkarlarımı siyasi iradə nümayiş etdirməyə çağırıram", -deyə komissiya sədri vurğulayıb.

Onun fikrincə, bu qanunun qəbul olunub-olunmaması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var: "Hesab edirəm ki, "Alternativ hərbi xidmət haqqında" qanun qəbul edilməsi Azərbaycan üçün ciddi problem yaratmayacaq".

Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanun qəbul edəcəyinə dair öhdəlik götürüb.

Xəbər lenti

Xəbər lenti