...

AŞPA Monitorinq Komitsənin Azərbaycan üzrə həmməruzəçiləri ölkəyə yəqin ki, payızda səfər edəcək

Siyasət Materials 3 May 2007 19:07 (UTC +04:00)
AŞPA Monitorinq Komitsənin Azərbaycan üzrə həmməruzəçiləri ölkəyə yəqin ki, payızda səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin ölkəyə növbəti səfəri, yəqin ki, payızda baş tutacaq. Bu barədə cümə axşamı telefonla Trend ə Tallindən məruzəçilərdən biri Andres Herkel məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı həmməruzəçilər AŞPA qarşısında öhdəliklərin və martın 16-da Parlament Assambleyasının yaz sessiyasında qəbul olunmuş təşkilatın son qətnaməsindən irəli gələn qərarın nə dərəcədə yerinə yetirlməsini öyrənmək üçün hökumət, müxalifət nümayəndələri və jurnalistlərlə görüşəcəklər.

Azərbaycan qarşısında AŞPA-nın qaldıracağı əsas məsələ və qətnamədə əks olunmuş Azərbaycanda siyasi məhbus hesab olunan şəxslərin mövcudluğu, azad söz, həmçinin 2008-ci ildə ölkədə prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi problemləri olacaq. "Biz bu vacib məsələlər haqqında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla danışmışıq və ümid edirəm ki, problemlər mütəmadi olaraq həll olunacaq", - deyə Herkel bildirib.

O, Azərbaycan parlamentinin deputatı Hüseyn Abdullayevin saxlanması və jurnalist Üzeyir Cəfərovun döyülməsi faktını narahatlıq doğuran hal hesab edir. "Lakin mən hər halda ümid edirəm ki, söz azadlığı məsələsi ilə bağlı vəziyyət normallaşacaq", - deyən məruzəçi əlavə edib ki, kəskin hallar arasında həmçinin AŞPA-nın qətnaməsində əks olunmuş ilin sonunadək Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi də vacibdir.

Azərbaycan parlamentinin yaxın günlərdə amnistiya aktını qəbul edəcəyi ilə bağlı təşəbbüsə toxunan Herkel amnistiyaya düşən şəxslər arasında siyasi məhbus kimi təqdim olunanların olmamasını qeyd edib. "Siyasi məhbuslarla bağlı məsələni kompleks şəkildə həll etmək lazımdır. Lakin əgər amnistiya çərçivəsində vəziyyət yaxşılaşsa, o zaman bu da çıxış yoludur", - deyə məruzəçi vurğulayıb. Onun fikrincə, "hətta bir siyasi məhbusun mövcudluğu - bu çoxdur". Herkel sadalanan məsələlərin müsbət həll olunacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti