...

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi uşaqlar arasında müsabiqə elan edib

Siyasət Materials 4 May 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uşaqlar arasında xüsusi müsabiqə elan edib. BDYPİ-dən cümə günü Trend ə bildirilib ki, müsabiqədə 10 yaşına qədər olan uşaqlar iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə görə, uşaqlar sürücü və piyadalara tövsiyə və ya arzu formasında yazılı qısa müraciət hazırlamalıdırlar. Müsabiqə mayın 10-da yekunlaşacaq. Müraciətinin məzmununa görə qalib gələn 10 nəfər azyaşlı Baş DYP İdarəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq və onların müraciəti DYP-nın internet saytına yerləşdirilməklə yanaşı, çoxaldılaraq hərəkət iştirakçılarına paylanacaq.

Xəbər lenti

Xəbər lenti