...

Kuba XİN-in yüksək vəzifəli nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 7 May 2007 15:37 (UTC +04:00)
Kuba XİN-in yüksək vəzifəli nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ Trend in Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri və Kubadakı səfir Aqşin Mehtiyevlə eksklüziv müsahibəsi

- Siz, bu yaxınlarda Azərbaycanın Kubadakı fövqəladə və səlahiyyətli səfiri qismində etimadnamənizi təqdim etmisiniz. Sizin Havanadakı danışıqlarınızın hər hansı bir praktik nəticələri varmı?

- Hesab edirəm ki, səfər çox uğurlu olub. Kuba Respublikasının müxtəlif nazirlik və təsisatlarında çoxsaylı görüş və danışıqlar baş tutub. Görüş və danışıqlarda bizim siyasi, iqtisadi, mədəni və digər sahələrdəki ikitərəfli münasibətlərimizin gələcək inkişafı və dərinləşdirilməsi üzrə konkret təklifləri müzakirə etmişik. Azərbaycan və Kuba arasında hələ sovetlər birliyi dövründən kifayət qədər inkişaf etmiş münasibətlər mövcud olub. Daha sonra SSRİ-nin süqutundan sonra bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu əlaqələr pozulmuşdur. Hazırda bunların hamısını bərpa etmək lazımdır. Qarşılıqlı əməkdaşlıq edəcəyimiz bir çox sahələr mövcuddur. Nümunə olaraq tələbələr mübadiləsini misal çəkə bilərəm. Əksər Kuba tələbələri Azərbaycanın təhsil müəssisələrində təhsil alıb və bu gün Kuba bu sahədə əməkdaşlıq təklif etməyə hazırdır. Biz, öz tərəfimizdən Kubaya təhsil və ya təcrübə üçün ispan dilini öyrənənləri, Latın Amenikası tematikası ilə işləyənləri və başqa adamları göndərə bilərik.

Əməkdaşlıq üçün digər maraqlı sahə tibb ola bilər. Kubada çox güclü oftalmologiya məktəbi mövcuddur, bir sıra qiymətli dərman vasitələrinin istehsalı yaradılıb. Hazırda kubalılar bərpa olunan enerji sahəsində işlərə böyük diqqət ayırır. Bildiyiniz kimi, bizim üçün də bu çox aktual məsələlərdən biridir.

Faydalı qazıntlıran axtarışı və işlənməsi sahəsində əməkdaşlıq üçün müəyyən imkanlar var və s. Bu siyahını hələ çox uzatmaq olar. Lakin iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biz, ilk növbədə müvafiq hüquqi baza yaratmalıyıq, lazımi saziş və müqavilələri hazırlayıb imzalamaq lazımdır. Bununla bağlı həmçinin indiki mərhələdə aktiv iş aparmaq üçün razılığa gəlmişik. Və sonda, bütün bu işləri praktiki müstəviyə çıxarmaq üçün maraqlı nazirlik və təsisatların rəhbərlərinin bir sıra qarşılıqlı səfərlərini həyata keçirmək lazımdır. Bu, yaxın zamanlarda iş aparmaq niyyətində olduğumuz, reallaşdırılması üzərində işlədiyimiz proqramın qısa təsviridir.

- Sizin sadaladıqlarınız iqtisadi əməkdaşlığa aiddir. Bəs siyasi əməkdaşlıq sahəsində nə planlaşdırırsınız?

- İlk növbədə, qeyd etdiyim kimi ölkələrimiz arasında yaxın dostluq münasibətləri mövcud olub. Bu münasibətləri tam həcmdə bərpa etmək lazımdır. Kuba öz regionunda ciddi nüfuza malik olan ölkədir, hazırda yaxın üç il ərzində Kuba birləşməmək hərəkatına başçılıq edəcək. Ona görə də ikitərəfli siyasi dialoqun inkişafına marağımız aydındır. Beynəlxalq müstəvi, o cümlədən müsəlman dünyasında artan rolu ilə Azərbaycan da həmçinin Kuba üçün böyük maraq kəsb edir.

Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi səfərlə Kubada olub. Azərbaycan-Kuba dialoqunun məntiqi davamı olaraq Kuba Respublikası XİN-in yüksək vəzifəli nümayəndə heyətinin Azərbaycana səfəri olacaq.

Başqa sözlə, siyasi planda biz ikitərəfli əsasda bir-birimizi dəstəkləyə və mövqelərimizin yol verdiyi beynəlxalq strukturlarda istənilən təşəbbüsü göstərə bilərik.

- Siz yüksək səviyyədə qarşılıqlı səfərlərin hazırlanmasını qeyd etdiniz. Bununla əlaqədar hər hansı bir konkret razılıqlar varmı?

- Bu iş hər zaman aparılır. Qeyd etdim ki, Azərbaycanın xarici işlər naziri Kubaya səfər edib. Hazırda biz iqtisadi və digər sahələrdə qarşılıqlı səfərlərin hazırlanmasının mümkün imkanları üzərində iş aparmaqla bağlı razılığa gəlmişik. Ümid edirəm ki, yaxın zamanlarda siz bununla bağlı daha ətraflı məlumat əldə edəcəksiniz.

Xəbər lenti

Xəbər lenti