...

Avropa Parlamentində "Enerji Sinerjisi: Xəzər dənizi Avropanın şərq sahili kimi" adlı konfrans keçiriləcək

Siyasət Materials 11 May 2007 11:39 (UTC +04:00)

Belçika, Brüssel / Trend müxbir R.Tağıyev/ Belçikanın paytaxtı Brüsseldə may ayının 15-də Avropa Parlamentində ATAF-ın təşkilatçılığı ilə "Enerji Sinerjisi: Xəzər dənizi Avropanın şərq sahili kimi" adlı konfrans keçiriləcək.

ATAF-ın baş katibi Vüsal Məmmədovun Trend in müxbirinə verdiyi məlumata əsasən, konfransda AB Cənubi Qafqaz Parlament qrupunun rəhbəri İsler Mari Beguan, Avropa Parlamenti üzvləri György Schöpflin, Hannes Swoboda, "Statoil" şirkətinin vitse prezidenti Arve Torvik və Azərbaycan Parlamentinin bir sıra üzvləri iştirak edəcəklər.

Həmçinin Məmmədovun verdiyi məlumata görə, konfransda Azərbaycanın regionda enerji istehsalçısından əsas enerji tranzit ölkələrindən birinə çevirilməsi müzakirə olunacaq. Bununla bərabər, konfransda Qazaxıstan və Türkmənistanın Azərbaycan vasitəsilə Avropa bazarlarına enerji resurslarının daşınılması, Avropanın enerji təhlükəsizliyi strategiyası və Azərbaycanın Avropaya inteqrasiya məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti