...

Beynəlxalq ticarət vasitəsi ilə ATƏT ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq

Siyasət Materials 17 May 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) İqtisadi məsələlər Daimi Komitəsinin mayın 22-də Andorada keçiriləcək iclasında beynəlxalq ticarət vasitəsi ilə ATƏT-ə üzv olan ölkələr arasında sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

İclasda ölkəmizi Azərbaycannı ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatalar Eldar İbrahimov və Fəttah Heydərov təmsil edəcək.

"Biz tədbirdə Azərbaycanın əldə etdiyi iqtidsadi uğurlar, iqtisadi inkişaf barəsində çıxışlar edəcəyik. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Axalkalaki-Qars dəmiryolu layihələri barəsində də öz fikirlərimizi avroparlamentarilərin diqqətinə çatdıracaq", -deyə İbrahimov əlavə edib.

Millət vəkili onu da deyib ki, iclasda Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəklər: "İclas iştirakçılarının nəzərinə çatdıracağıq ki, Azərbaycan iqtisadi əməkdaşlıq vasitəsi ilə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlıdır. Lakin Ermənistanın Azərbaycana təcafüzü buna imkan vermir".

Xəbər lenti

Xəbər lenti