...

Azərbaycan prezidenti Türkiyənin Sarıyer bələdiyyəsinin sədrini qəbul edib

Siyasət Materials 22 May 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti Ilham Əliyev çərşənbə axşamı Türkiyənin Sarıyer bələdiyyəsinin sədri Yusuf Tülünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığı bildirilib, müxtəlif səviyyələrdə, o cümlədən iki ölkənin regionları və bələdiyyələri arasında əməkdaşlığın münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti