...

Azərbaycanın müxalifət partiyalarının Milli Forumu keçirilir

Siyasət Materials 25 May 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyalarının iştirakı ilə cümə günü Bakıda Milli Forum keçirilir. Forumda siyasi partiyaların, bəzi qeyri-hökumət təşkilatlarının, media orqanlarının rəhbərlər, ictimai xadimlər iştirak edirlər.

Açıq Cəmiyyət Partiyasının (ACP) təşkilatçılığı ilə baş tutan toplantıda müxalifət qüvvələri birliyinin təmin olunması, iqtidara qarşı vahid mübarizə strategiyasının müəyyənləşdirməsi məsələləri müzakirə olunur. Tədbirdə ACP lideri, ABŞ-da mühacirətdə olan Rəsul Quliyevin məruzəsi oxunub. Quliyevin yazılı məktubunda bildirilir ki, siyasi qüvvələrdən kiminsə özünü "ana müxalifət" elan etməsinin, həmçinin separat birliklərin qurulmasının əhəmiyyəti yoxdur. Quliyev hesab edir ki, bütün müxalifət qüvvələri birləşərək əsas gücü seçkilərin beynəlxalq nəzarət altında keçirilməsinə nail olmalıdır.

Toplantıda insan haqlarının və medianın durumu məruzə edilib, hər iki sahədə mövcud problemlərdən çıxış yollarını tapmaq üçün müxtəlif təkliflər səsləndirilib. Hüquq müdafiəçisi Leyla Yunus bütün demokratik qüvvələrin vahid bir sənəd hazırlayaraq beynəlxalq qurumlara, xarici dövlətlərə təqdim etməsini təklif edib.

Forumun sonunda vahid Memorandum imzanması nəzərdə tutulur. Sənəddə demokratiyanın inkişafı, demokratik seçki mühitinin yaradılması, azad seçkilər keçirilməsi, insan haqlarının, medianın, söz azadlığının qorunması, həmçinin Qarabağla bağlı məsələlərlə əlaqədar partiyaların, ictimai qüvvələrin, bəzi KİV-lərin əməkdaşlığı, vahid mövqedən çıxış etməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti