...

ABŞ Dövlət Departamentinin ofisi Azərbaycanda mina təhlükəsi sahəsində işlərin aparılması üçün qrant ayırıb

Siyasət Materials 30 May 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynov/ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahlanmanın aradan qaldırılması və ixtisar edilməsi üzrə ofisi Azərbaycanda mina təhlükəsi sahəsində işlərə yardım göstərilməsi üçün 187,084 dollar ayırıb. ABŞ Dövlət Departamentinin mətbut xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilib ki, vəsaitlər Azərbaycanın Mina Qurbanları Assosiasiyasının Tərtər (Bakıdan 380 km qərbdə yerləşən Azərbaycanın sərhədyanı rayonu) bölməsinə yardım üçün Beynəlxalq Avrasiya Mətbuat Fonduna ayrılıb.

Ayrılmış vəsaitlər həmçinin Azərbaycanın Ağstafa və Füzuli rayonlarında Beynəlxalq Avrasiya Fondunun regional şöbələrinin açılışı üçün də nəzərdə tutulub. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına əsasən, Azərbaycanın 400 mln. kvadratmetrdən çox ərazisi minalaşdırılıb və ya orada partlamamış hərbi sursatlar yerləşir. 2001-ci il sentyabrından etibarən Azərbaycanda 86 mina partlayışı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə öncə ANAMA məlumat verib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona yaxın 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hərbi əməliyyatlar dövründə Ermənistan tərəfindən işğal olunmuş, daha sonra Azərbaycan ordusu tərəfindən azad olunmuş Azərbaycan rayonlarının əraziləri minalanmış olaraq qalır.

ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahlanmanın aradan qaldırılması və ixtisar edilməsi üzrə ofisi mina təhlükəsi ilə mübarizə üçün 23 beynəlxalq qeyri-hökumət təşkilatına ümumilikdə 2,2 milyon dollardan çox vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti