...

Azərbaycan prezidenti Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavinini qəbul edib

Siyasət Materials 5 İyun 2007 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Anita Utsetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir. Görüşdə Azərbaycanla Norveç arasında energetika sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

/

Xəbər lenti

Xəbər lenti