...

XİN başçısı: Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsi Azərbaycanın dünyadakı nüfuzunu qaldıracaq

Siyasət Materials 8 İyun 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsi Azərbaycanın dünyadakı nüfuzunu qaldıracaq. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə düşünür.

Azərbaycanın RLS-in idarə edilməsindəki iştirakı ilə bağlı sualı cavablandıran Məmmədyarov qeyd edib ki, Azərbaycanın bu sahədə işləyə bilən ekspertləri olsa, faydalı olardı.

Cümə günü jurnalistlərə açıqlamasında XİN başçısı bəyan edib ki, hələlik Qəbələ RLS-in birgə istifadəsinin Qarabağ nizamlanmasına hansısa təsirindən danışmaq tezdir.

Onun sözlərinə görə, bu, stansiyanın birgə istismarı ilə bağlı danışıqlardan asılı olacaq.

"Danışıqlar masası arxasına Azərbaycan, Rusiya və ABŞ-dan olan hərbçilər, siyasi ekspertlər və ekoloqlar keçməlidir. Onlar məsələnin detallarını öyrənməlidir" - deyə nazir bildirib.

Rusiya Azərbaycanda Qəbələ RLS-dən icarə əsasında istifadə edir. Bu obyekt Rusiyanın ballistik raketlərin izlənməsi sisteminin tərkib hissələrindən biridir.

Qəbələ RLS sovetlər dönəmində SSRİ-nin raket əleyhinə sisteminin vacib elementi kimi inşa olunub. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Rusiya respublika daxilində gedən siyasi proseslərə rəğmən ondan istifadə edib.

RLS-in icarəsi ilə bağlı 10 illik müqavilə isə yalnız 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti