...

Müxalifət partiyalarının məşvərət qurumunun yaradılması ilə bağlı saziş layihəsi hazırlanıb

Siyasət Materials 12 İyun 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının məşvərət qurumunun yaradılması ilə bağlı saziş layihəsi hazırlanıb. Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbilğat və mətbuat üzrə katibi Əli Orucov çərşənbə axşamı məlumat verib.

AMİP, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Demokrat Partiyası (ADP), Açıq Cəmiyyət Partiyası (ACP), Tərəqqi, Müsavat partiyaları və Eldar Namazovun iştirakı ilə müxalifətin yeni məşvərət qurumunun yaradılması üçün danışıqlar aparılır.

Əli Orucovun sözlərinə görə, qurumun yaradılması üçün artıq saziş layihəsi hazırlanıb və sonda bu partiyalar tərəfindən imzalanması nəzərdə tutulur. AMİP funksioneri qeyd edib ki, saziş layihəsində quruma üzv partiyaların hər hansı öhdəliklər götürməsi kimi şərtlər yoxdur: "Bu qurum yalnız məşvərət, məsləhətləşmələr aparmaq məqsədilə yaradılır. Saziş də yalnız qurumun yaradılmasını əks etdirəcək. Yeni qurumun Alyans adlandırılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Çünki Alyans ittifaq deməkdir, burada isə öhdəliklərdən və ittifaq yaradılmasından söhbət getmir. Ona görə də quruma məşvərət xarakterini əks etdirən bir ad seçiləcək"-deyə AMİP funksioneri məlumat verib.

Altı siyasi liderin növbəti toplantısı bu ayın sonunda ADP-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti