...

Milli Məclis yaz sessiyası ilə bağlı hesabat verib

Siyasət Materials 21 İyun 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli Məclisin (MM) yaz sessiyasında 14 iclas keçirilib. Bu müddət ərzində MM 130 qanun və qərar qəbul edib. Bu barədə cümə axşamı MM-in yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında parlament sədrinin müavini Bahar Muradova məlumat verib. Yaz sessiyası dövründə qanunverici orqanda 55 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunub. Yaz sessiyasında parlamentin 2 növbədən kənar iclasında 36 qanun və qərar qəbul olunub. Yaz sessiyasının fəaliyyətini kifayət qədər məhsuldar qiymətləndirən Muradova hesabat dövründə MM tərəfindən hüquqi islahatlar sahəsində İnzibati Prosessual Məcəllənin, Dövlət Qulluqçularının Etik Davranış Məcəlləsinin və digər əhəmiyyətli qanunların qəbul edildiyini vurğulayıb. O, iqtisadi, sosial sahədə də vacib və əhəmiyyətli qanunların qəbul edildiyini diqqətə çatdırıb. MM-in daimi komissiyaları yaz sessiyası dövründə 114 iclas keçirib, 279 qanun, 18 qərar layihəsinə baxıb, bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edib.

Hesabat dövründə MM-ə vətəndaşlardan 2639 ərizə və şikayət daxil olub və onların bir qismi aidiyyatı üzrə göndərilib, digər qismi isə parlamentin komissiya və şöbələrində araşdırılıb və həll olunub.

Xəbər lenti

Xəbər lenti