...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkiləri ilə bağlı qərar verəcək

Siyasət Materials 30 İyun 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) gələn ilin ilk ayında qurultayı keçiriləcək. Bu barədə BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib.

Onun sözlərinə görə, qurultayda gələn il keçiriləcək prezident seçkiləri müzakirə olunacaq, partiyanın bu seçkidə iştirak forması müəyyənləşəcək.

BAXCP hazırda təmsil olunduğu Milli Demokratik Qüvvələr Birliyi (MDQB) siyasi bloku çərçivəsində də seçkiyə qatıla bilər. Partiya rəhbərinin sözlərinə görə,

həmin blok gələnilki seçkiyə qədər genişlənəcək və daha sonra seçki blokuna çevrilməsi gözlənilir. Blokun seçkidə irəli sürəcəyi namizəd məsələsi isə hələ müzakirə olunacaq.

Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2001-ci ildə partiyadan ayrılaraq özlərinin "birləşdirici" qurultayını keçirib və AXCP adına iddialı olublar. 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınan partiya sonradan adında dəyişiklik edərək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti