...

Dövlət Komitəsinin sədri: "Son beş ildə müxtəlif ölkələrdə 300-dən artıq Azərbaycan diaspor təşkilatı yaradılıb" (video)

Siyasət Materials 3 İyul 2007 12:19 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Son beş ildə müxtəlif ölkələrdə 300-dən artıq Azərbaycan diaspor təşkilatı yaradılıb"  (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son beş il ərzində dünyanın müxtəlif ölkələrində 300-dən artıq Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Dövlət Komitəsinin yaradılmasından beş il ötür. İbrahimov qeyd edib ki, əvvəllər də dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımız mövcud olub, lakin onların sayını artımaq, təşkilatlandırmaq çətin idi: "Son illərdə isə diasporumuzun təşkilatlanması o qədər sürətlə gedir ki, bu inkişaf dinamikasına biz hətta tam nəzarət edə bilmirik. Son beş ildə 300-dən artıq diaspor təşkilatı yaradılıb. Bu təşkilatlar Azərbaycanın haqq səsini dünyaya çatdırmağa müvəffəq olurlar. Artıq dünya Azərbaycanı tanıyır, ölkəmizdə baş verənləri, inkişafımızı, demokratikləşmə prosesini görürülər. Ən əsası isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Ermənistanın işğalçılıq siyasətini bilirlər" - deyə Dövlət Komitəsinin sədri qeyd edib.

İbrahimovun sözlərinə görə, Azərbaycan diasporunun inkişafını dünyadakı erməni mənbələri də həyəcanla təsdiqləyirlər. İbrahimov əlavə edib ki, son zamanlar Azərbaycanın xarici siyasətindəki uğurlu təbliğat işi bir sıra müvəffəqiyyətlər qazanmağa imkan yaradıb: "Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi biz artıq təbliğatda hücum taktikasını seçmişik. Azərbaycanın sürətlə inkişaf edən, demokratik ölkə olduğunu dünyaya nümayiş etdirməyə nail olmuşuq" - deyə Komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti