...

Müxalifət partiyasının rəhbəri: "YAP-ı dialoqa cəlb etmək üçün prezident seçkilərinin boykot olunacağı barədə bəyanatlar verilməlidir"

Siyasət Materials 24 İyul 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət hakim Yeni Azərbaycan Partiyasını dialoqa cəlb etmək üçün qarşıdan gələn prezident seçkilərini boykot etmək barədə bəyanatlar verə bilər. Bu barədə müxalifətçi Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan açıqlama verib.

Onun fikrincə, müxalifət partiyalarının maraqlarını təmin edən vahid təkliflər müəyyənləşdirilə bilər. Amma bunun üçün Müsavat Partiyası Milli Məclisə təqdim etdiyi təkliflər sənədini geri götürməlidir.

Temirxan qeyd edib ki, bu müzakirələrə parlamentdə təmsil olunan bütün partiyalar da qoşula bilər. Amma bir şərtlə: "Seçki saxtakarlıqlarında iştirak etmiş partiyalar səmimi olaraq bəyanat versələr ki, bundan peşman olublar, gələcəkdə də belə qanunsuzluqlar baş verərsə, heç bir seçkidə öz namizədləri ilə iştirak etməyəcəklər, o zaman biz onlarla birgə müzakirələrə hazırıq. Bundan sonra bütün partiyaların seçki komissiyalarında hansı formada təmsil olunması prinsiplərini müzakirə etmək olar".

ALP rəhbəri əlavə edib ki, seçki komissiyalarının formalaşdırılması mövzusunu mütləq YAP-la da müzakirə etmək lazımdır: "YAP-ı müzakirələrə gətirmək üçün müxalifətin bəri başdan seçkini boykot edəcəyi mesajını vermək faydalı ola bilər".

Müxalifətçi Liberal Partiya "Azadlıq" blokunda təmsil olunur. Partiyanın lideri Azərbaycanın sabiq dövlət katibi Lalə Şövkət Hacıyevadır.

Xəbər lenti

Xəbər lenti